İran böhranı: ABŞ hərbi əməliyyatlara başlayacaq

22.05.2018 15:25     Dünyadan reaksiya     885

ABŞ-ın İrana qarşı mövqeyini sərtləşdirməsi enerji faktoru ilə əlaqədardır.

Bunu “Gazeta.ru” saytına açıqlamasında Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin üzvü İqor Morozov deyib.

“Sanksiyalar ilk növbədə İran neftinə qarşı yönəldilib. ABŞ energetika sferasında qlobal dominantlıq uğrunda savaşacaq. Vaşinqton Avropanın onu dəstəklədiyini görməsə belə, dayanmayacaq və hərbi əməliyyatlara keçəcək. Bu, regionda yeni qüvvələr balansının yaranmasına gətirib çıxaracaq”, - o bildirib. (Axar)

Reaksiya.az

Şərhlər