Paşinyan və Sarkisyan Gürcüstana gedir

22.05.2018 16:18     Dünyadan reaksiya     936

Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edəcək.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan deyib. Onun sözlərinə görə, səfər 30-31 may tarixində baş tutacaq.

T. Balayan, həmçinin qeyd edib ki, Ermənistan prezidenti Armen Sarkisyan da mayın 25-də Gürcüstana səfərə yollanacaq. O, Gürcüstanın müstəqilliyinin 100 illiyi ilə bağlı keçirilən tədbirdə iştirak edəcək.

Reaksiya.az

Şərhlər