Ermənilər Rusiyaya qaçır

23.05.2018 15:22     Dünyadan reaksiya     881

Son beş ildə Rusiyada işləyən Ermənistan vətəndaşlarının sayı iki dəfə artıb (2017-ci ildə 232 247 nəfər, 2012-ci ildə isə 90 549 nəfər).

Bu məlumatı Rusiya Daxili İşlər Nazirliyi yayıb. 

Qırğızıstan (2017-ci ildə 376 863 nəfər) və Ermənistan keçmiş sovet ölkələri arasında Rusiyada işləyənlərin sayına görə birinci və ikinci yeri tutur. Onları Belarus ( 2017-ci ildə 124 633 nəfər) və Qazaxıstan (2017-ci ildə 88 202 nəfər) izləyir. 

Qeyd edək ki, il ərzində Ermənistanı minlərlə insan tərk edib. Ağır yaşayış səviyyəsinə görə ermənilər Rusiya və digər Avropa ölkələrinə köçürlər. 

Yerevanda Rusiya miqrasiya xidmətinin ofisi önündə tez-tez növbələr yaranır. Çox sayda erməni “Soydaşlarımız” proqramı ilə Rusiyada işləməyə və yaşamağa getmək istəyir. (Oxu)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar