Bu silah Xirosimaya atılan atomdan 160 qat güclüdür

27.05.2018 12:18     Dünyadan reaksiya     1296

Rusiyanın “Yuri Dolqoruki” sualtı gəmisindən atılan sonuncu raketlər Xirosimaya atılan atom bombasından 160 dəfə güclüdür.

Bu sözləri ABŞ Elm Adamları Federasiyasının Nüvə İnformasiya layihəsinin direktoru Hans Kristensen Tvitter səhifəsində yazıb. O, həmçinin 4 ədəd "Bulava" raketinin fotosunu paylaşaraq atışın 20 saniyədə baş verdiyini, bunun da 1 dəqiqə ərzində atılan 16 raketə bərabər olduğunu qeyd edib.

Xatırladaq ki, Rusiyanın bir müddət əvvəl “Yuri Dolqoruki” sualtı gəmisi vasitəsilə Ağ dənizdən Kamçatka adasına atdığı 4 ədəd "Bulava" ballistik raketinin sınağı uğurla tamamlanmışdı.

Reaksiya.az

Şərhlər