Yeni böyük müharibənin qarşısını almaq üçün təcili addımlar atılır: Rusiya...

30.05.2018 14:22     Dünyadan reaksiya     1046

Bu gün Şimali Koreya Əmək Partiyası sədrinin müavini Kim En Çolun Vaşinqtona səfər edəcəyi gözlənilir

Rusiya xarici işlər naziri Sergey Lavrov yaxın vaxtlarda Şimali Koreyaya səfər edəcək. 

Sergey Lavrovun səfəri Şimali Koreyadan olan həmkarı Li En Xonun dəvəti əsasında baş tutacaq.

Qeyd edək ki, bu gün Şimali Koreya Əmək Partiyası sədrinin müavini Kim En Çolun Vaşinqtona səfər edəcəyi gözlənilir.

O, ABŞ-da iyunun 12-də keçirilməsi nəzərdə tutulan Donald Trampla Şimali Koreya lideri Kim Çen Inın görüşü ilə bağlı danışıqlar aparacaq. Kim En Çol ABŞ-ın sanksiya tətbiq etdiyi Şimali Koreya rəsmilərindən biridir.

Reaksiya.az

 

Şərhlər

Çox oxunanlar