In Trampdan sanksiyaların ləğvini tələb etdi

31.05.2018 12:21     Dünyadan reaksiya     1144

Şimali Koreya hökuməti ABŞ prezidenti Donald Trampla Kim Çen Inın görüşü ərəfəsində Vaşinqtondan sanksiyaları ləğv etməyi və iki ölkə arasında diplomatik əlaqələrin bərpasını tələb edib. 

Bu barədə Cənubi Koreyanın “Chosun Ilbo” qəzeti məlumat yayıb. 

Məlumatlara görə, mayın 27-də keçirilən görüş zamanı Şimali Koreya bu tələblərini səsləndirib. 

Mənbə bildirib ki, əgər bu tələblər yerinə yetirilsə, Pxenyanın nüvə silahına sahib olması üçün səbəb qalmayacaq.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar