Ağ Ev ABŞ və Rusiya prezidentlərinin görüşünü planlaşdırır

02.06.2018 11:52     Dünyadan reaksiya     1010

Ağ Ev ABŞ prezidenti Donald Tramp və Rusiya dövlət başçısı Vladimir Putinin görüşünü planlaşdırır.

 

Bu barədə “Wall Street Journal” qəzeti Ağ Evdəki mənbələrə istinadən xəbər verib.

 

Məlumata əsasən, hazırda iki ölkə lideri arasında görüşün keçirilməsi imkanları ilə bağlı ilkin danışıqlar aparılır.

 

 

Bundan əvvəl V.Putinin köməkçisi Yuriy Uşakov bəyan edib ki, noyabrda baş tutacaq “G 20” ölkələrinin sammitinədək  Putin-Tramp görüşünün keçirilməsi məsələsi gündəmə gətirilməyəcək.

 

Reaksiya.az

Şərhlər