“Taliban” Vaşinqtonu təkzib etdi

04.06.2018 12:45     Dünyadan reaksiya     823

“Taliban” hərəkatı Əfqanıstandakı ABŞ qüvvələrinin komandanı general Con Nikolsonun bəyanatını təkzib edib.

 

 “Taliban” lideri Zabiullah Mücahid ABŞ tərəfinin hərəkatın Əfqanıstan hökuməti ilə danışıqlarda iştirak etməsi ilə bağlı bəyanatını təqzib edib.

 

“Amerikan generalı öz uğursuzluqlarını və Trampın uğursuz strategiyasını gizlətmək üçün bu cür uydurma bəyanatlarla çıxış edir. Həmçinin o bu məqsədlə Vaşinqton mətbuatını yalançı xəbərlərlə təmin edir” qəzet Mücahidin bəyanatından sitat gətirir.

 

Qeyd edək ki, mayın 30-da telekörpü ilə Pentaqonda akkreditə olunmuş jurnalistlərlə brifinqdə Əfqanıstandakı ABŞ qüvvələrinin komandanı Con Nikolson hazırda ölkədə nəzərəçarpan diplomatik irəliləyiş müşahidə olunduğunu bildirib. O həmçinin “Taliban” hərəkatının orta və yüksək çinli rəhbərləri ilə Əfqanıstan hökuməti arasında gizli danışıqların aparıldığı bəyanatını da verib.

 

Reaksiya.az

Şərhlər