Kim Çen In və Sergey Lavrovun görüşündəki "təbəssümlər"

05.06.2018 12:43     Dünyadan reaksiya     1048

Mayın 31-i Pxenyanda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Şimali Koreya lideri Kim Çen Inın görüş anı otaqda yalnız ən yaxşı şəkli çəkməyə səy göstərən fotoqrafların kameralarının şıqqıltısını eşitmək mümkün idi.

Şimali Koreya televiziyasında yayımlanan görüş Rusiyanın xarici işlər nazirliyi tərəfindən də Youtube-da paylaşılmışdı.

Lakin Rusiyanın Rossiya 1 telekanalında yayımlanan bir şəkil xüsusi marağa səbəb olub. Bu şəkildə cənab Kim-in gülümsədiyi görünür, baxmayaraq ki, tədbirdə çəkilən digər şəkillərdə və videolarda onun üzündə təbəssüm görünmür.

Bu isə Rusiyada sosial şəbəkələrin istifadəçilərinin böyük diqqətinə səbəb olub. Onların bir neçəsi telekanalı şəkli redaktə edərək cənab Kim-in üzünə saxta təbəssüm əlavə etməkdə təqsirləndirib.

Rusiyada müxalifət fiquru İlya Yaşin şəkil barədə paylaşımında deyib: "Onlar bunu qaşqabaqlı Şimali Koreya diktatoru ilə sınaqdan keçirirlər, lakin sabah onlar bizim hamımızı xoşbəxt edəcəklər. Rusiyalılar qiymətlərin və kommunal xidmətlərin artımını və oliqarxlara subsidiyaların artımını gülərüzlə qarşılayacaqlar".

@IlyaYashin tərəfindən edilən Twitter paylaşımı: Путинское ТВ прифотошопило Ким Чен Ыну улыбку на встрече с Лавровым. Пока тренируются на мрачном северокорейском диктаторе, а завтра и нас всех радоваться заставят. Со счастливой улыбкой россияне будут встречать новости о повышении цен, росте тарифов ЖКХ и дотациях олигархам.

Buna baxmayaraq, The Economist jurnalı tərəfindən Rusiyanın "baş təbliğatçısı" adlandırılan "Rossiya-1" aparıcısı Dmitri Kiselyov "Govorit Moskva" radiosunun sualına cavabında şəklin redaktə olunmadığını israr edib.

"Əlbəttə yox. Onlar həmişə şəkilləri yüksək sürətlə çəkirlər. Ona görə də üzlərdəki ifadələr fərqlənir", o deyib.

Rusiyanın Vktontake sosial şəbəkəsinin bəzi istifadəçiləri isə zarafat edərək redaktə etdikləri şəkilləri paylaşıblar.

Bir nəfər hətta Kim Çen Inla ABŞ-lı televiziya ulduzu Kim Kardaşyanın şəklini redaktə ilə birləşdirib, və "biz bu şəkli daha rəsmi etməyə çalışdıq" şərhilə paylaşıb (BBC).

Reaksiya.az

Şərhlər