Tramp "G7" çərçivəsində Trüdo və Makronla görüşəcək

07.06.2018 08:47     Dünyadan reaksiya     809

ABŞ prezidenti Donald Tramp "böyük yeddilik" ("G7") çərçivəsində mühüm ikitərəfli görüşlər keçirəcək. Trend-in məlumatına əsasən, bunu Ağ Evin baş iqtisadi müşaviri Larri Kudlou brifinq zamanı deyib.

Onun sözlərinə görə, Tramp Kanadanın baş naziri Castin Trüdo və Fransa prezidenti Emmanuel Makronla görüşəcək: "Orada vacib ikitərəfli görüşlər keçiriləcək. Prezident Tramp baş nazir Trüdo və prezident Makronla görüşəcək".

"Böyük yeddiliy"in zirvə topantısı iyunun 8-9-da Kanadanın Kvebek vilayətində keçiriləcək.

Reaksiya.az

Şərhlər