Ərdoğandan Avropadakı türklərə çağırış: "Fəal olun"

07.06.2018 11:31     Dünyadan reaksiya     993

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropada yaşayan ölkə vətəndaşlarını 24 iyun seçkilərində fəal iştirak etməyə çağırıb.

Dövlət başçısı bildirib ki, Avropadakı türklər ölkənin siyasi həyatında fəal iştirak etməlidirlər.

O, qarşıdakı seçkilərin müasir Türkiyə tarixində əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə eyni vaxtda parlament və prezident seçkiləri keçiriləcək

Reaksiya.az

Şərhlər