“İraq və Suriyada öldürdüyümüz mülki vətəndaşların sayını bilmirik” — ABŞ-dan dəhşətli etiraf

07.06.2018 13:41     Dünyadan reaksiya     877

ABŞ-ın müdafiə nazirliyinin etiraf kimi açıqlaması dünya mətbuatını şoka salıb.

Açıqlamanı İŞİD-ə qarşı qurulan koalisiyanın mətbuat katiblərindən biri, mayor Tomas Vil verib. Açıqlamada deyilir:

"Suriya və İraqda neçə nəfər mülki vətəndaş öldürdüyümüzü heç vaxt dəqiq bilməyəcəyik".

Beynəlxalq Əfv Təşkilatı ABŞ-ın İŞİD-lə mübarizəsi zamanı İraq və Suriyada minlərlə günahsız insan öldürdüyünü iddia etdikdən sonra Pentaqon yuxarıdakı açıqlamanı verib.(ölkə.az)

Reaksiya.az

Şərhlər