"Dağlıq Qarabağ separatçıları danışıqlarda üçüncü tərəf ola bilər" – Lavrovdan açıqlama

07.06.2018 15:38     Dünyadan reaksiya     896

"DQR”in münaqişənin nizamlanması ilə bağlı danışıqlarda iştirakı Yerevan və Bakı arasında razılaşdırılmalıdır"

Bunu erməni separatçılarının Dağlıq Qarabağla danışıqlarında iştirakı ilə bağlı Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edərkən deyib.
 
 
"Moskvanın mövqeyi dəyişilməz qalır. Biz həmişə Dağlıq Qarabağ məsələsinin Azərbaycan və Ermənistanın iştirakçısı olduğu ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həll olunmasının tərəfdarı olmuşuq. Əminik ki, bu optimal formatdır”, – deyə Lavrov erməni həmkarı Zoqrab Mnatsakanyan ilə görüşün nəticələrinə dair keçirilən mətbuat konfransında qeyd edib.
 
Lavrov bütün razılaşmaların formatının dəyişdirilməsinin Yerevan və Bakı arasında aparılan danışıqlarla mümkün ola biləcəyini deyib:
 
"Tərəflər öz aralarında razılığa gələ bilsə, "Dağlıq Qarabağ” yenidən danışıqlarda təmsil olunacaq. Bu onların qərarı olacaq və biz qərara hörmətlə yanaşacağıq”.
 

Şərhlər