Rusiya yeni silahı ilə Qərbə meydan oxudu

08.06.2018 12:56     Dünyadan reaksiya     923

Hazırda yeni silah üçün tam yeni döyüş komplekti hazırlanır

Rusiyanın yeni "Terminator-3" tanklara dəstək hərbi maşını (TDHM) trayektoriyanı korrektə etməyə imkan verən mərmilərlə təchiz olunacaq. Bu da ona pilotsuz uçuş aparatı ilə mübarizə aparmağa imkan verəcək.

"50 millimetrlik silah hazırda "Terminator"lara quraşdırılan Sovet istehsalı olan 30 millimetrlik silahlardan daha çox imkanlar yaradır" — deyə Müdafiə Nazirliyindəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, yeni silah üçün tam yeni döyüş komplekti hazırlanır: "Trayektoriyası korrektə olunan mərmi müəyyən hüdudlar çərçivəsində öz trayektoriyasını dəyişə bilər ki, bu da uçan pilotsuz aparatlar da daxil olmaqla havadan olan hədəflərlə mübarizədə kömək edəcək".

Qeyd edək ki, mayın əvvəlində Rusiya Müdafiə Nazirliyi öz rəsmi "Facebook" səhifəsində tanklara dəstək hərbi maşını (TDHM) "Terminator"un imkanlarını göstərən video-çarx paylaşıb. 49 saniyə davam edən videoda döyüş maşınının maneələrdən keçməsi, həmçinin düşmən hədəflərinə atəş açması əks olunur.

"Terminator" TDHM nüvə silahı və digər kütləvi qırğın silahlarının tətbiqi şəraitində çoxnövlü hərbi vasitə kimi tank və motoatıcı dəstələrin tərkibində manevr döyüş fəaliyyətinin aparılması üçün nəzərdə tutulub.

Hərbi maşın 30 millimetrlik qoşa avtomatik 2A42 tipli toplarla, iki ədəd AQ-17D minaatan, 4 ədəd "Hücum" adlı idarəolunan raket əleyhinə raketlər və 7.62 millimetrlik "Kalaşnikov" pulemyotu ilə təchiz olunub. Müqavilə üzrə "Terminator"ların Rusiya Müdafiə Nazirliyinə tədarükü 2019-cu ilin əvvəlində başa çatdırılacaq.


Reaksiya.az

Şərhlər