Soros: Tramp hər şeyi məhv edir

11.06.2018 12:59     Dünyadan reaksiya     920

ABŞ Prezidenti Donald Trampın siyasəti dünyanı məhvə doğru sürükləyir.

Bunu “Vaşinqton Post”a müsahibəsində amerikalı milyarder Corc Soros deyib.

“Trampda dözülməz narsisizm var. Əslində seçkini qazanacağını onun özü də gözləmirdi. Heç Putin də Trampın zəfərini gözləmirdi. Klinton Trampdan daha yaxşı prezident olacaqdı. Təəssüf ki, seçilmədi və artıq özümü təhdid altında hiss edirəm. Mədəniyyətimiz, dəyərlərimiz, sahib olduğumuz hər şey məhvə doğru gedir. Trampla birlikdə bu məhv olmaya yaxınıq”, – deyə o bildirib.

Reaksiya.az

Şərhlər