F-35-lər gizlicə İrana soxuldu: Xamenei generalı qovdu

12.06.2018 14:15     Dünyadan reaksiya     945

İranın Ali dini lideri Ayətullah Əli Xamenei Hava Hücumundan Müdafiə Qüvvələri komandanı Fərzad İsmailini vəzifədən kənarlaşdırıb.

Xameneinin bu qərarı almasına səbəb kimi İranın hava sahəsinə daxil olan İsrailə məxsus F-35 qırıcısının, Tehran başda olmaqla, bir sıra iri şəhərlər üzərində uçuş həyata keçirməsi göstərilib.

Qeyd edək ki, İsrailə məxsus F-35 qırıcılarının Tehran, İsfahan, Şiraz kimi şəhərlər üzərində uçuş həyata keçirməsi ilə qırıcıların görünməz olma qabiliyyəti ilk dəfə real şəraitdə sınaqdan keçirilib.(axar)

Reaksiya.az

Şərhlər