Ermənistan ordusunu mafiya idarə edirmiş

14.06.2018 11:49     Dünyadan reaksiya     914

Ermənistanda yeni iqtidar Serj Sarkisyanın məmurlarının qaranlıq işlərini araşdırmaqla məşğuldur. Belə araşdırmaların birində müdafiə nazirliyində onun strukturlarına küi miqdarda korrupsiya və mənimsəmə hallarının baş verdiyi bəlli olub.  

İstefaya göndərilmiş sabiq müdafiə naziri Seyran Ohanyan ətrafında söz-söhbətlər bitmək bilmir. Onun və əməkdaşlarının külli miqdarda dövlət pullarını və əmlakını mənimsədiyi artıq istintaqa bəllidir.

Ermənistanın dövlət gəlirləri üzrə komitəsi silahlı qüvvələrdə dövlət sifarişlərinin icrasını araşdırarkən külli miqdarda mənimsəmə faktlarını aşkar edib. 2014-2017-ci illəri əhatə edən monitorinqdə təkzibolunmaz faktlar üzə çıxıb. Vəzifə səlahiyyətlərini aşmaq, iri məbləğlərdə dələduzluq, iri məbləğlərdə rüşvət, sənədlərin saxtalaşdırılması və sair maddələr üzrə qanun pozuntuları aşkar edilərək istintaq materialları qismində bir yerə toplanıb. Bu müddət ərzində müdafiə nazirliyində hələ də çalışmaqda olan bir neçə vəzifəli şəxsin səlahiyyətləri dondurulub.  

Hərbi ekspertlərin fikrincə, Seyran Ohanyanın fəaliyyətinin hərtərəfli araşdırılması təkcə onun maliyyə fırıldaqları ilə bağlı deyil, həmçinin cəbhə xəttində buraxdığı səhvlər və uğursuzluqlarla bağlıdır.   

Maraqlıdır ki, hazırkı müdafiə naziri David Tonoyan orduda baş vermiş cinayət əməllərindən xəbərsiz olduğunu bildirir. Halbuki o, 2016-cı ilə qədər müdafiə nazirinin birinci müavini vəzifəsində çalışıb.

Reaksiya.az

Şərhlər