Ermənistan qarışır: - İrəvan və Eçmiədzində aksiyalar başladı - VİDEO

Ermənistanda həbs edilən deputat Manvel Qriqoryanın tərəfdarları İrəvanda Milli Təhlükəsizlik Xidmətinin qarşısında etiraz aksiyasına başlayıblar.

Etirazçılar xidmətin yerləşdiyi Nalbəndyan küçəsini bağlamağa cəhd etsələr də polis onlara imkan verməyib. Qriqoryanın tərəfdarları “general” və “zoravar” (sərkərdə) şüarları səsləndiriblər.

İrəvanla bərabər Eçmiədzində də aksiyalar keçirilib. Burada Manvel Qriqoryanın oğlu mer Karen Qriqoryanın tərəfdarları və əleyhdarları mərkəzi meydana toplaşıblar. Etiraz aksiyalarının keçirildiyi yerə Karen Qriqoryanın özü də gəlib. O, sosial şəbəkələr vasitəsilə tərəfdarlarını onu dəstəkləməyə çağırıb.

Qeyd edək ki, Manvel Qriqoryan bu gün həbs edilib. O, qanun silah dövriyyəsində ittiham olunur. Respublika Partiyası artıq Qriqoryanın həbsini siyasi xarakterli adlandırıb.

Reaksiya.az

Advertisement Banner

Şərhlər