Kim Çen Trampa 200 amerikalının sümüklərini verəcək

20.06.2018 14:10     Dünyadan reaksiya     692

Koreya Xalq Demokratik Respublikası (KXDR) Koreya müharibəsi (1950-1953-cü illər) dövründə həlak olmuş Amerika hərbçilərinin qalıqlarını yaxın günlərdə ABŞ-a vermək niyyətindədir.

Bu haqda Amerika administrasiyasındakı mənbələrə istinadən CNN telekanalı bildirib.

Söhbət təxminən 200 insanın qalıqlarından gedir. Həmsöhbətin sözlərinə görə, Şimali Koreyada hesab edirlər ki, bunlar həlak olan amerikalılar ola bilər. Çünki, onların sümükləri Qərb yarımkürəsinin sakinlərinin sümüyünü xatırladır. Məmur əlavə edib ki, qalıqların bir hissəsi Koreya müharibəsi zamanı öldürülmüş başqa ölkələrin hərbçilərinə aid ola bilər. Qalıqların təhvil verilməsinin tarixi və yeri hələ müəyyən edilməyib.

ABŞ-ın Müdafiə Nazirliyinin məlumatına görə, KXDR-də 5,3 minə qədər Amerika hərbçisinin qalıqları var.

Qeyd edək ki, iyunun 12-də Sinqapurda ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kimi Çen In arasında görüş keçirilib. Tərəflər görüşün nəticəsi olaraq razılaşma imzalayıblar. Razılaşma Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə yanaşı, Amerika hərbçilərinin qalıqlarının ABŞ-a təhvil verilməsini nəzərdə tutur.

Reaksiya.az

Şərhlər