NATO-dan gözlənilməz etiraf

27.06.2018 13:59     Dünyadan reaksiya     819

NATO Hərbi Hava Qüvvələri ən yaxşı müdafiə olunan hava məkanları da daxil olmaqla dünyanın istənilən yerində döyüşmək imkanına malik olmalıdılar

NATO-nun Hava Qüvvətlərinin inkişafı ilə bağlı yeni strategiyasında İttifaq yaxın gələcəkdə havadakı üstünlüyün itirmə riski ilə qarşı-qarşıya qaldığını bəyan edib.

"Onlarla ildir davam edən müzakirəsiz hava üstünlüyümüzü itirə biləciyimizi qəbul edirik", — deyə NATO-nun yaydığı bəyanatda bildirilir.

Yeni strategiyada müttəfiqlərin hava qüvvətlərinin hazırkı və gələcəkdə görəcəkləri işlərdən danışılır.


NATO mütəxəssislərinin fikrincə gələcəkdəki problem və təhdidlər transmilli xarakter daşıyacaq və böyük ehtimalla Avropa-Atlantika regionunda sülh, təhlükəsizlik və sabitlik üçün uzunmüddətli nəticələr doğuracaq.

Əsas təhdidlər arasında müasir hava müdafiə sistemləri və kosmik qurğular göstərilir.

Strategiyada vurğulanır ki, NATO Hərbi Hava Qüvvələri ən yaxşı müdafiə olunan hava məkanları da daxil olmaqla dünyanın istənilən yerində döyüşmək imkanına malik olmalıdılar.

Qeyd edək ki, daha əvvəl NATO-nun baş katibi Yens Stoltenberq 11-12 iyul tarixlərində Brüsseldə baş tutacaq sammitin lazımlı qərarı vermək üçün üzv ölkələri birləşdirəcəyinə ümid etdiyini bildirib.

Reaksiya.az



 

Şərhlər

Çox oxunanlar