Nazir Azərbaycan dilini “təhlükə” adlandırdı

18.07.2018 18:04     Dünyadan reaksiya     963

İranın Təhsil naziri Məhəmməd Bəthayi ölkənin təhsil müəssisələrində qeyri-fars dillərinin qadağan olunduğunu bildirib. O, fars dilini “qırmızı xətt” adlandırıb.

Reaksiya.az xəbər verir ki, o bu barədə İsfahan şəhərində keçirdiyi iclasda danışıb.

Nazir qeyri-fars dillərinin İran üçün təhlükəli olduğunu bildirib:

“Bəzi müəssisələrdə şagirdlərə digər dillər tədris olunur. Bu, olduqca təhlükəli məsələdir. Uşaqlar yerli dilləri ailələrindən öyrənirlər, ölkənin rəsmi dilini də məktəblərdə mütləq öyrənməlidirlər. Fars dili “qırmızı xətt”dir, məktəblərdə bundan o tərəfə keçmək olmaz”.

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) idarə heyətinin üzvü Ağrı Qaradağlı bildirib ki, İranda qeyri-fars dilləri, o cümlədən 35 milyondan çox Güney Azərbaycan türkünə öz dillərində tədris almaq qadağan edilib.

GAMOH rəsmisi buna görə azərbaycanlıların təzyiqlərlə üzləşdiyini diqqətə çatdırıb:

“Hesab edirik ki, Azərbaycan dilinə qoyulan qadağa azərbaycanlılara qarşı aparılan assimiliyasiya siyasətinin tərkib hissəsidir. Milyonlarla Azərbaycan türkü İran dövlətin bu qanunsuzluğuna etiraz etsə də, acınacaqlı vəziyyəti düzəltmək mümkün deyil”.(Teleqraf.com)

Şərhlər

Çox oxunanlar