Ermənistan müdafiə nazirinin oğlu Qarabağda xidmət edəcək

18.07.2018 19:05     Dünyadan reaksiya     733

Ermənistan müdafiə naziri David Tonoyanın oğlu Edqar TonoyanAzərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisində xidmət edəcək.

Reaksiya.az Ermənistan KİV-ə istinadla xəbər verir ki, bundan əvvəl nazir oğlu püşkatmada iştirak edib.

Püşkatmanın nəticələrinə görə, o, Qarabağda hərbi xidmət keçəcək.

Xatırladaq ki, iyulun 9-da Ermənistan baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan hərbi xidmətə yollanıb. O, jurnalistlərə bildirib ki, öz razılığı ilə Qarabağda xidmət edəcək.

Reaksiya.az

Şərhlər