Ermənistan Rusiya sərhədçilərinin statusunu dəyişdirmək istəyir

İrəvanda Moskva ilə imzalanan baza müqavilələri yenidən gözdən keçirilir

“Rusiyanın Ermənistandakı sərhəd qoşunlarının statusu yenidən gözdən keçiriləcək”.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, bu sensasion açıqlamanı Ermənistanın yeni müdafiə naziri David Tonoyan bəyan edib.

“Bu daş üzərində çizilən sənəd deyil. Zaman keçdikcə bu cür müqavilələrə hüquqi əlavələrin edilməsi zəruridir”, - David Tonoyan jurnalistlər qarşısında sözlərini əsaslandırmağa çalışıb.

Doğrudur, müdafiə naziri Ermənistanın müstəqillik əldə etdikdən sonra, 1992-ci ilin yanvarında imzalanan Rusiya Federasiyası sərhəd qoşunlarının Ermənistandakı statusu haqqında müqaviləyə hansı konkret düzəlişlərin həyata keçiriləcəyinə aydınlıq gətirməyib.

Lakin erməni nazir bu yaxında Şirak vilayətinin Panik kəndində rusiyalı hərbi qulluqçuların törətdiyi atəşfəşanlıqla bağlı yaranan insidentə görə həmin dəyişikliklərin sürətlənəcəyi anonsunu verib.

“Hesab edirəm ki, bu insident həm Rusiya-Ermənistan münasibətlərinə, həm də Ermənistanın suverenliyinə qarşı təxribatdan başqa bir şey deyil”, - Ermənistanın baş naziri Nikol Paşinyan hadisəni belə qiymətləndimişdi.

Öz növbəsində Rusiyanın Ermənistanda yerləşən 102-ci hərbi bazasının komandiri polkovnik Vladimir Yelkanov David

Tonoyan ilə məsələ ilə əlaqədar qapalı görüş keçirib. Polkovnik Yelkanov hadisə ilə bağlı özünün, həm də olduqca qəribə versiyasını təqdim edib:
“102-ci həbri hissə döyüş hazırlığı üzrə planlaşdırılımış tədbirlər həyata keçirir. Bu tədbirlərin detalları illik plana uyğun olaraq Müdafiə Nazirliyi ilə razılaşdırılır. Yollar, texnikanın hərəkəti hamısı həmin plana əsasən seçilir. Bundan başqa, kəşfiyyat bölmələri də təlimlərə qoşulurlar. Lakin sizə bir sirr açım. Kəşfiyyatçılar heç bir halda təlim yerlərini söyləmədikləri üçün onlarla söhbət gərgin alınıb. Yer düzgün seçilməyib. Kəşfiyyatçıları müdafiə etmək kimi çıxmasın, amma mənə elə gəlir ki, onlar Panik kəndinə öz insanlarının yaşadığı yer kimi baxıblar”.

Rusiya mətbuatının yazdığna görə, David Tonoyanın Rusiya sərhəd qoşunlarının statusunun dəyişdirilməsi barədə bəyanatı Ermənistanın müstəqillik əldə etməsindən bu yana bölgəni qoruyan rus hərçbilərinə yönəlik ən sərt çıxışdır.

Tonoyanın dəyişdirilməsini istədiyi “Rusiya Federasiyası və Ermənistan Respublikası arasında Rusiya Federasiyasının Ermənistan Respublikasında yerləşən sərhədə qoşunlarının statusu və onların fəaliyyət şərtləri haqqında” müqavilə özündə 30 maddəni birləşdirir və öz məqsədi kimi “MDB-nin iştirakçı dövlətlərinin kollektiv təhlükəsizliyinin təmin olunması”nı göstərib.

Müqavilənin 3-cü maddəsində deyilir: “Rusiya Federasiyasının Ermənistanda yerləşən sərhəd qoşunları Ermənistanın suverenliyinə hörmətlə yanaşır, yerli qanunvericiliyə əməl edir və Ermənistan Respublikasının daxili işlərinə əsla qarışmırlar. Yerli hakimiyyət isə Rusiya Federasiyasının sərhəd qoşunlarının, onu tərkibinə daxil olan şəxlərin və onların ailə üzvlərinin hüquqi vəziyyətinə hörmətlə yanaşır, o cümlədən heç bir halda Rusiya Federasiyasının sərhəd qoşunlarının öz vəzifələrinin yerinə yetirməsinə çətinlik törədə biləcək hər hansı hərəkətlərə yol vermirlər”.

Reaksiya.az

Advertisement Banner

Şərhlər