“Bütün şərtlərlə razılaşa bilmərik...” - Paşinyandan Putinə “əzələ nümayişi”

26.07.2018 15:03     Dünyadan reaksiya     885

Rusiya Prezidenti Vladimir Putinlə tanış olmaq mənimçün xoş sürpriz oldu. O, çox sadə və səmimi insandır.

Reaksiya.az xəbər verir ki, bunu Rusiyanın “Exo Moskvı” qəzetinə müsahibəsində Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O, Rusiyada Putinlə sonuncu görüşündən danışıb:

“Səmimi görüş oldu. Moskvaya son səfərimdən sonra dedilər ki, Rusiya – Ermənistan münasibətlərində qaranlıq məqamlar qalmadı. Bu nə deməkdir? Biz yaxşı münasibətə malik ola bilərik, amma bu o demək deyil ki, bütün şərtləri qəbul edib hər şeylə razılaşacağıq. Bu, həmişə hər şeydə razılaşacağımız anlamına gəlmir”.

Reaksiya.az

Şərhlər