Deputat Rusiyanı parçalamağı təklif etdi

30.07.2018 12:25     Dünyadan reaksiya     1149

Latviya parlamentinin deputatı Aleksandr Kirşteyns bəyan edib ki, Rusiyanı bir neçə hissəyə parçalamaq olduqca vacibdir.

Bu barədə Kirşteyns öz "Tvitter" səhifəsində yazıb. Bu cür bəyanatının səbəbini isə ölkəsinin və Avropanın dincliyi ilə əlaqələndirib. Onun sözlərinə görə, Rusiyanın parçalanması köhnə qitəyə sülh gətirəcək.
“Yalnız Rusiya etnik tərkibcə kiçik dövlətlərə parçalanacağı təqdirdə hərbi münaqişələrə son qoyulacaq, Avropada isə uzun illər hökm sürəcək sülh yaranacaq”, – deyə Latviyalı deputat vurğulayıb. 

Qeyd edək ki,NATO-nun üzvü olan Latviyada rəsmilər və siyasətçilər səviyyəsində mütəmadi olaraq anti-Rusiya şüarları səsləndirilir. Riqa Rusiyanı öz təhlükəsizliyinə başlıca təhdid hesab edir.
Reaksiya.az

Şərhlər