İranda etiraz: azərbaycanlı qadınlar ayağa qalxdı

03.08.2018 12:00     Dünyadan reaksiya     930

Güney Azərbaycan şəhərlərində milli-mədəni fəallarımızın haqsız yerə İran zindanlarında məhbus həyatı yaşaması qadın fəalları da hərəkətə gətirib.

 Qərbi Azərbaycan əyalətində yerləşən Qoşaçayda Azərbaycan Milli Hərəkatının qadın fəalları əllərində plakatlar tutaraq, siyasi məhbusların azadlığa buraxılmasını tələb ediblər.

İranın Güney Azərbaycana qarşı apardığı siyasəti pisləyən qadınlar Siyamək Mirzayi, İbrahim Nuri, Kiyumərs İslami, Lətif Həsəni və s. kimi fəalların dərhal azadlığa buraxılmasını istəyiblər.)axar)

Reaksiya.az

Şərhlər