İrana qarşı sanksiyalar işə düşdü

06.08.2018 12:07     Dünyadan reaksiya     984

ABŞ Tehrana qarşı 2015-ci ildə nüvə müqaviləsi imzalana qədər olan sanksiyalardan daha dəhşətlisini tətbiq etməyə hazırlaşır.

Bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

Onun sözlərinə görə, sanksiyalar İran rəhbərliyinin fəaliyyətlərinə cavabdır. O bu sanksiyaların mənfi nəticələrinə görə, bütün məsuliyyətin İran hökumətinin üzərinə düşdüyünü bildirib. Pompeo İran xalqının ABŞ-dan yox, öz rəhbərlərindən narazı olduğunu deyib.

Qeyd edək ki, bu gün ABŞ İrana qarşı sanksiyaların bir hissəsini bbərpa edəcək. Bu sanksiyalar avtomobil sektoru, qızıl və digər dəyərli metal ticarətinə aid olacaq. İrana qarşı sanksiyaların ikinci hissəsi 4 noyabrda qüvvəyə minəcək. Bu sanksiyalar isə energetika sektoru, Mərkəzi Bankla bağlı tranzaksiyalara aid ediləcək.

Sanksiyalar İranla iş əlaqələri olan ölkələrin şirkətlərinə də aid ediləcək.(axar)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar