ABŞ senatorları BMT-ni Mərkəzi Afrikada öldürülən rusiyalı jurnalistlərin işini araşdırmağa çağırıb

16.08.2018 15:52     Dünyadan reaksiya     825

ABŞ Senatının həm Respublikaçılar, həm də Demokrat partiyasından olan üzvləri Marko Rubio və Kris Kuns BMT baş katibi Antoniu Quterrişə məktub göndərərək, iyul ayının sonunda Mərkəzi Afrika Respublikasında (MAR) öldürülən rusiyalı jurnalistlərin işinin BMT səviyyəsində araşdırılmasını xahiş ediblər.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, senatorlar baş katibdən bu hadisənin obyektiv olaraq təhqiq olunması üçün ali qurumun mexanizmlərini işə salmasını istəyiblər.

Müraciətin mətni Kris Kunsun rəsmi saytında dərc olunub.

Senatorlar Orxan Camal, Kiril Radçenko və Aleksandr Rastorquyevin həmin bölgədə Rusiyanın özəl hərbi şirkətinin (Vaqner qrupu) fəaliyyətini araşdırmaq üçün getdiklərini, həmin şirkətin Suriya və Ukraynada da geniş fəaliyyət göstərdiyini və Kremlə yaxın rusiyalı maqnat Yevgeni Priqojin tərəfindən maliyyələşdirildiyini qeyd ediblər.

Müraciətdə jurnalistlərin təhqiqatın yekununda bu müəmmalı və qaranlıq təşkilat barəsində sənədli film ərsəyə gətirmək niyyətində olduqları göstərilib.

Картинки по запросу вагнер в цар

Senatorların fikrincə, olduqca məchul bir şəraitdə baş verməsinə rəğmən qətl Rusiya mətbuatı tərəfindən adi soyğunçuluq hadisəsi kimi qələmə verilir.

Onlar həmçinin qətlin Rusiyanın hərbi qüvvələrinin MAR-da fəaliyyətini gücləndirdiyi bir vaxta tuş gəldiyinə, Moskvanın bölgəyə hərbi təlimatçılar, silah-sursatla göndərdiyinə diqqət çəkiblər.

Xatırladaq ki, rusiyalı jurnalistlər MAR-a Mixail Xodorkovskinin Araşdırmaları İdarəetmə Mərkəzi adlı təşkilatının tapşırığna əsasən gediblərmiş.

Jurnalistlər burada “Vaqner qrupu”nun bazalarının sıx olduğu Berenqo bölgəsini təhqiq etmək istəyiblər.

Картинки по запросу ЧВК Вагнер

İyulun 30-da çəkiliş qrupu özünü BMT missiyasının məsləhətçisi kimi təqdim edən Martin adlı birisinin bələdçiliyi ilə yola çıxıb.

Qərb mediası bu hadisənin təsadüfi baş vermədiyinə əmindir.. Belə ki, məlum olub ki “Martin” əslində BMT-nin əməkdaşı deyilmiş. Üstəlik, məhz Martin jurnalistləri aparan sürücü ilə tanış edib. Nəticədə həmin sürücü rusiyalı qəzetçiləri marşrutdan kənara çıxararaq başqa istiqamətə aparıb. Burada isə onlar tələyə salınaraq güllələniblər. Sürücü özü isə aradan çıxa bilib.

Картинки по запросу убитые журналисты Martin

Ən maraqlısı isə jurnalistləri həmin Martinlə tanış edən şəxsin kimliyi ilə bağlıdır.

Bu adam “RİA FAN” nəşriyyatının əməkdaşı Kiril Romanovskidir. Sonradan məlum olub ki, RİA FAN özü Yevgeni Priqojinin “trollar fabriki “deyilən, Kremlin siyasətinə sərf edən saxta şərhləri sosial şəbəkələrdə yerləşdirən agentliyin əsas saytı imiş.

Reaksiya.az

Şərhlər