ABŞ senatoru: "Trampın iqtisadi sanksiyalarla bağlı düşünülümüş planı yoxdur!"

ABŞ senatoru Cek Rid (Rod Aylend ştatı) prezident Donald Trampın sanksiyalarla bağlı olaraq hər hansı plan çərçivəsində hərəkət etmədiyini qeyd edib.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, Cek Rid qatıldığı bir proqramda prezidentin sanksiya məsələsində koordinasiyalı fəaliyyətdən uzaq olduğunu söyləyib.

Ağ Ev rəhbərinin bir çox müttəfiq ölkəyə tətbiq etdiyi sanksiyaları mənasız hesab edən Cek Rid onun başda Çin olmaq surətilə bir çox ölkələri sanksiya ilə təhdid etmək yerinə, onlardan nə istədiyini konkret olaraq ifadə etməli olduğunu bildirib.

ABŞ-ın və hətta dünyanın ən iri gəmiçilik şirkəti sayılan “A.P. Moller-Maersk”in baş direktoru Soren Skou isə gömrük rüsumlarının artırlması sayəsində Birləşmiş Ştatların öz iqtisadiyyatının daha çox ziyan çəkəcəyini bəyan edib.

Картинки по запросу A.P. Moller-Maersk Soren Skou

Soren Skou

“Bloomberg” agentliyinin yaydığı xəbərə görə, Skou Donald Tramp administrasiyasının hərəkətləri sayəsində dünya iqtisadiyyatının 0,1 -0,3% düşməsi halında, ABŞ-da analoji effektin 3-4% olacağını qeyd edib.

Onun sözlərinə görə, zatən Çin olmadığı təqdirdə onu Vyetnam və ya İndoneziya kimi ölkələrdən gətirilən əmtəələrlə əvəz etmək mümkün olacaq.

İkincisi isə ABŞ-ın başqa ölkələrdən gətirlməsini qadağan etmək istədiyi bir sıra mallar əslində ölkədə istehsal olunmur.

“Bu gün “Nike” və ya “iPhone” kimi markaların ABŞ-da istehsalı demək olar ki, yoxdur. Ona görə də gömrük rüsumları öncə bizim istehlakçıların ciblərinə zərbə endirəcək”, - Skou deyib.

Reaksiya.az

Advertisement Banner

Şərhlər