PAŞİNYAN NÖVBƏDƏNKƏNAR PARLAMENT SEÇKİLƏRİNİN VAXTINI AÇIQLAYIB

03.09.2018 12:04     Dünyadan reaksiya     793

"Ermənistanda növbədənkənar parlament seçkiləri 2019-cu ilin mayında, yaxud iyunun əvvəlində keçirilməlidir".
 
"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan bildirib.
 
"Ermənistanda növbədənkənar parlament seçkiləri uzağı mayda, yaxud iyunun birinci on günlüyündə keçirilməlidir” - Nikol Paşinyan Facebookda canlı yayımda deyib.
 
O qeyd edib ki, Ermənistan Konstitusiyasında baş nazir istefa vermədən parlamentin buraxlmasının mümkünlüyünə dair dəyişikliklər üzərində hazırlıq işlər görülür.
 

Şərhlər