Rusiya qırıcıları İdlibi vurdu - 4 milyona yaxın sakin təhlükədə

04.09.2018 15:01     Dünyadan reaksiya     782

Rusiya hərbi hava qüvvələrinin təyyarələri Suriyada müxaliflərin nəzarətində olan İdlibə hücum edib.

Bu barədə məlumatı “Röyter” agentliyi yayıb.

Rusiyaya məxsus hərbi təyyarələr 22 gündən sonra yenidən İdlibi vurduğu xəbər verilir.

Qeyd edək ki, İdlib probleminin sentyabrın 7-də Tehranda baş tutacaq dövlət başçılarının üçtərəfli zirvə görüşündə (Türkiyə-Rusiya-İran) müzakirə ediləcəyi gözlənilir.

Bölgədə silahlı müxaliflərlə yanaşı, 4 milyona yaxın mülki əhali yaşayır. BMT İdlibdə baş verəcək silahlı hücumun 250 mindən 700 min nəfərə yaxın insanın yurdundan çıxa biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.

Həyata keçirilən hücum ilə bölgədə qətliam törədilməsindən əndişə edilir.

Reaksiya.az

Şərhlər