Ukrayna Qara və Azov sahilinə 270 xüsusi əməliyyat hərbçisi göndərib

14.09.2018 13:58     Dünyadan reaksiya     898

Ukrayna Sərhəd Mühafizə Xidməti Qara və Azov dənizləri sahillərinə 270 xüsusi əməliyyat əsgəri göndərib. 

 

Bu barədə Ukrayna Dövlət Sərhəd Mühafizə Xidmətinin rəhbəri Petro Tsikal bildirib. 

“Biz Hərbi Dəniz Qüvvələrinin səylərini gücləndiririk. Bu gün Azov və Qara dəniz sahillərindəki bölmələrə əlavə 270 hərbçi göndərilib”, - deyə o söyləyib. 

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum iki istiqamətdə öz imkanlarını möhkəmləndirir. Bunlardan biri hüquq mühafizə, digəri isə ehtiyatların genişləndirilməsi və çalışmaların sürətləndirilməsidir. 
 

Şərhlər