Köçəryanın müdafiəsinə ingilis vəkil qoşuldu - hay-küylü start və sərt təpki

02.10.2018 11:50     Dünyadan reaksiya     776

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın vəkillər komandasına əcnəbi müdafiəçi daxil olub.

Ermənistanda fəaliyyət göstərən 168.am saytının verdiyi məlumata görə, bu İngiltərədən olan vəkil Edvard Fitsceralddır.

Fitscerald işlə bağlı erməni mediasında hay-küy yaradan ilk bəyanatlarını artıq verib.

İngilis vəkilin fikrincə, prezidentin toxunulmazlıq hüququnu təsbit edən Apelyasiya məhkəməsinin qərarından sonra da Ermənistan rəhbərliyi Köçəryanı qətllərdə günahlandırıb və kassasiya məhkəməsini hədələyib: “Yüksək rütbəli məmurlar tərəfindən səsləndirilən bu cür fikirlər məhkəmə hakimiyyətinə müdaxilə olub, təqsirsizlik prezumpsiyasının pozulmasına yönəlikdir”.

Fitsceraldın sözlərinə görə, Apellyasiya məhkəməsinin qərarından sonra hüquq-mühafizə orqanlarının Köçəryanın xarici pasportunu qaytarmaqdan imtina etməsi və onun əmlakına həbs qoyması qanunsuz olub: “Bunun hansı hüquqi əsası ola bilər? Məhkəmə prezidentin toxunulmaz olduğunu artıq göstərib. Lakin istintaq orqanları hələ də ona qarşı təqibi davam etdirir. Əgər əsas yoxdursa, aşağı instansiyaların bu cür qərar verməyə hüququ yoxdur”, - vəkil qeyd edib.

Qeyd etmək lazımdır ki, ingilis vəkil Avropada məşhur isimlərdən sayılır. İtaliyanın baş naziri Silvio Berluskoni, keçmiş rus oliqarxı Boris Berezovski, Çeçenistanın keçmiş baş nazirinin müavini Əhməd Zakayev  Edvard Fitsceraldın xidmətlərindən istifadə ediblər.

Картинки по запросу edward fitzgerald lawyer berlusconi

Edvard Fitscerald

Emənistanı Paşinyana yaxın mediası isə onu Ermənistanın qanunlarını bilməməkdə ittiham edib.

Erməni ekspertlərin fikrincə, E.Fitsceraldın Köçəryanla bağlı Apellyasiya məhkəməsinin verdiyi qərarından kassasiya qaydasında şikayət edildiyindən xəbəri yoxdur.

Həmçinin Robert Köçəryanın toxunulmaz olması onun cinayət işləmədiyi anlamına gələ bilməz.

Bundan əlavə, onlar ingilis vəkilin Köçəryanın pasportunun alınması ilə bağlı vəklin doğru söyləmədiyni qeyd ediblər. Erməni jurnalistlər Fitsceralda 1 mart hadisələrini əsas günahkalırından sayılan, keçmiş müdafiə naziri Mikael Arutunyanın Rusiyaya qaçmasını və bir daha geri dönmədiyini xatırladıblar.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar