Paşinyan arvadını Qarabağa NƏ ÜÇÜN GÖNDƏRDİ? - İrəvandan ŞOK GEDİŞ

09.10.2018 12:23     Dünyadan reaksiya     887

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyanın Rusiyadan olan qadınları başına toplayaraq Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gəlişi və təmas xəttində “sülh mesajları” verməsi ermənilər tərəfindən də birmənalı qarşılanmayıb.

Ermənistan mediası ölkəni idarə edən ər-arvadı qorxaqlıqda ittiham edib.

Erməni şərhçi Romella Mnasakanyan yazır ki, Anna Hakopyanın özü ilə Qarabağa gətirdiyi qadınlar Rusiyada Putinə qarşı çıxan şəxslərdir: “Bu, demokratik prinsiplər fonunda normal görünə bilər. Lakin Paşinyanın həyat yoldaşının rusiyalı qadınlarla Qarabağda “sülh mesajları” verməsi əslində Moskvaya yarınmaq gedişidir və bu prosesi yeni hakimiyyət əvvəldən aparır”.

R.Mnasakanyan qeyd edir ki, cəbhədə daim döyüşlər gedir və rəqibin güclü ordusu erməni hərbçiləri qarşısında olduqca böyük görünür: “Lakin sadə erməni uşaqları oliqarx övladlarından fərqli olaraq postda dayanırlar. Hakopyanın təmas xəttində verdiyi mesajlarsa hakimiyyətin qorxaqlığının nümayişidir. Hərçənd, onların Rusiyaya hesablanmış gedişləri də baş tutmur. Çünki Rusiya mediası bu səfər haqqında bir cümlə də yazmadı. Bu, Moskvanın Bakıya dəstəyinin açıq nümunəsidir”.(publika)

Reaksiya.az

Şərhlər