Kadırov hövsələdən çıxdı: Təcili Qroznıya gəl, yoxsa...

11.10.2018 12:21     Dünyadan reaksiya     1094

Sosial şəbəkələrdə Çeçenistanın “Əhməd” idman klubu adından video yayan şəxsin görüntüsü məşhurlaşmağa başlayıb.

İdman klubunun adından danışan şəxs enerji içkisi qəbul etdikdən sonra metrodakı iki gənci “Axmat – sila” (Əhməd–gücdü) deməyə məcbur edir.

Yayılan görüntü ölkədə kəskin reaksiyalara səbəb olub. Ən sərt reaksiyanı isə öz Teleqram səhifəsində Çeçenistan lideri Ramzan Kadırov göstərib. O, görüntünü yayan şəxsin bir neçə saat ərzində öz qohumları ilə birgə Qroznıya gəlməsini tələb edib:

“Məni əsəbləşdirmək və özündən çıxarmaq çox çətindir. Bu gün isə qəzəbim üçün heç bir məhdudiyyət yoxdur. Bu görüntü yayanın harada olmasından asılı olmayaraq, ilk reyslə özünün yaxınlarıyla birgə Qroznıya gəlməyini tələb edirəm. Sənin sadəcə bir neçə saatın var, əks halda, buna görə çox peşman olacaqsan”.

O, video görüntüdə təhqir edilən gənclərdən də üzr istəyib. Kadırov bu görüntüləri yayan şəxsin çeçen xlaqının ənənələri və adətlərinə hörmət etmədiyini bildirib.

Qeyd edək ki, hələlik videonu yayan şəxsin kim olduğu bilinmir.

 

 

Reaksiya.az

 

Şərhlər