Hələbdə Bəşşar Əsəd və İranyönlü silahlılar arasında toqquşma olub

19.10.2018 10:48     Dünyadan reaksiya     770

Suriyanın Hələb bölgəsində Bəşşar Əsədə bağlı “Şebbiha” xüsusi təyinatlıları ilə İranın dəstəklədiyi silahlı qruplaşmalar arasında baş verən toqquşma nəticəsində 85 nəfər ölüb, 110 nəfər isə yaralanıb.

Hadisə Suriyada silahlıların nəzarəti altına keçən ərazilərdən əldə edilən qənimət üstündə baş verib.

B.Əsədə sadiq ordunun hərbçiləri “Şebbiha”la İranyönlülərin toqquşmasına müdaxilə etməyib.

Hələbin ərazisinin 65 faizinə 5 il ərzində Suriya Azadlıq Ordusu nəzarət edib. Hazırda bu ordu həmin bölgələri tərk edib və ərazilər “Şebbiha” və İranyönlü silahlıların nəzarətinə keçib.

Bildirilib ki, “Şebbiha” 1980-ci illərdə Suriyanın o vaxtkı Prezidenti Hafiz Əsədin oğlu Namir Əsəd və qardaşı Rifat Əsəd tərəfindən yaradılıb. Bu silahlı dəstə Berri və Beggara tayfalarının nümayəndələrindən ibarətdir. Onlar hazırda Suriyada Bəşşar Əsəd tərəfədindən döyüşürlər. BMT “Şebbiha”nı cinayətkar dəstə kimi tanıyıb. 

Qeyd edək ki, Bəşşar Əsəd rejimi ələ keçirdikləri ərazilərin yağmalanmasını qanuniləşdirmək üçün 4 ay əvvəl “Milli əmlak qanunu”nu qəbul edib.

 

Şərhlər

Çox oxunanlar