Sərkisyan Qarabağ haqda: Kompromis olmayacaq

15.11.2018 12:01     Dünyadan reaksiya     711

Respublikaçılar Partiyası Qarabağ məsələsində kompromisə getməyəcək.

Bu sözləri öz Feysbuk səhifəsində Ermənistanın Respublikaçılar Partiyasının vitse-sədri, keçmiş müdafiə naziri Vigen Sərkisyan paylaşıb.

“Biz konstruktiv müxalifət olacağıq və hər zaman dialoqa hazırıq. Bəzi məsələlərdə kompromisə getməyəcəyik. Bu, ilk növbədə Qarabağ probleminə aiddir. Problem yalnız xalqların öz müqəddaratını təyin etməsi ilə məhdudlaşmır”, – deyə o bildirib.

Qeyd edək ki, 9 dekabra təyin edilən növbədənkənar parlament seçkilərinə Respublikaçılar Partiyası V.Sərkisyanın rəhbərliyi ilə gedir.

Reaksiya.az

Şərhlər