Putin yeni dövlət yaradır: iki ölkəni birləşdirir - Sensasiya

19.11.2018 13:42     Dünyadan reaksiya     930

Rusiya iqtisadiyyatında kapitalizm xaotik formada inkişaf edən quldur neofeodalizmlə əvəzlənib.

Bunu “Apostrof” saytına müsahibəsində rusiyalı iqtisadçı Slava Rabinoviç deyib.

“Rusiya iqtisadiyyatında feodalizmin əlamətləri var, XXI əsrdə yaşadığımıza görə, mən indiki sistemi neofeodalizm adlandırıram. Digər tərəfdən feodalizmdə qaydalar var idi, amma indi Rusiya neofeodalizmində heç bir qayda yoxdur”, – deyə o bildirib.

O, Rusiya iqtisadiyyatının neft qiymətlərinin yüksək olduğu dövrdə durğunluq dövrü keçirdiyi üçün artıq bunun da Moskvaya yardım etmədiyini deyib.

Rabinoviç Putinin özünün maliyyə, iqtisadi, siyasi əməllərinə görə cavab vermək istəmədiyini və gündəmi dəyişdirmək üçün Ukrayna böhranını yaratdığını, dünya hibrid müharibəsini başlatdığını, Qərbə qarşı pravoslav xaç yürüşü elan etdiyini deyib. İqtisadçı Rusiya iqtisadiyyatının yavaş-yavaş öldüyünü qeyd edib:

“Onlar istəyirlər ki, bütün vasitələrlə onları devirəcək, geri dönülməsi mümkün olmayan sosial partlayışın qarşısını alsınlar. Rus xalqının rifahının artırılmasıyla bağlı heç bir hədəfləri yoxdur”.

O, həmçinin, Belarusun Rusiya tərəfindən anneksiyası iddialarına da diqqət çəkib. Rabinoviçin fikrincə, Putin Belarusu iki patriotik şövqün dəstəklənməsi, eləcə də 2024-cü ildə özünün növbəti müddət üçün prezidentlik məsələsini həll etmək üçün anneksiya etmək istəyir.

O, bunun sayəsində Putinin yeni birləşmiş dövlətin rəhbəri olacağını vurğulayıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar