Ermənistanda siyasi partiyada seçkilərin nəticələrinə görə qiyam yetişir

11.12.2018 13:36     Dünyadan reaksiya     910

Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələri Daşnaksütun Partiyasında ciddi narazılığa səbəb olub, hətta partiyada rəhbərliyin dəyişdirilməsi tələbə ilə qiyam da yetişmək üzrədir.

Bu barədə Ermənistanın "Qraparak" qəzeti yazıb.

Nəşrdə qeyd olunur ki, Daşnaksütun Partiyasının seçkilərdəki məğlubiyyəti təşkilatdaxili dramatik vəziyyət və intriqalarla bağlıdır.

"Bu, bir tərəfdən ictimaiyyətin əvvəlki hökumət sistemində yer alan siyasi qüvvələrdən üz döndərdiyini, digər tərəfdən onların düşərgə dəyişməsini bağışlamadığını göstərir", - "Qraparak" yazıb.

Ermənistan Mərkəzi Seçki Komissiyasının dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərinin ilkin nəticələrinə dair məlumatında yeddinci çağırış Milli Assambleyaya üç siyasi qüvvənin - "Mənim addımım" bloku (70,43%), Çiçəklənən Ermənistan Partiyası (8,27%) və Maariflənmiş Ermənistan Partiyasının (6,37%) keçdiyi görünür.

Əvvəlki iqtidar partiyası olan Ermənistan Respublika Partiyası (4,7%) və Daşnaksütun Partiyası (3,89%) 5 faizlik həddi aşa bilməyib.

Reaksiya.az

Şərhlər