Ermənistan hökumətinin iclasında ölkədə “orqan mafiyası”nın fəallaşması müzakirə olunub

10.01.2019 14:25     Dünyadan reaksiya     705

Ermənistan hökumətinin iclasında çıxış edən baş nazirin birinci müavini Ararat Mirzoyan bildirib ki, son vaxtlar bu ölkədə “orqan mafiyası”nın fəallaşması ilə bağlı faktlar artmaqdadır. Onun sözlərinə görə, bu cinayətkar qrupun qurbanları övladlığa götürülən kimsəsiz uşaqlar olur.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, hökumət rəsmisi bu narahatlığını Ailə Məcəlləsinin müzakirəsi zamanı ifadə edib. A.Mirzoyan vurğulayıb ki, onun bu nəticəyə gəlməsinin səbəbi son aylar daxil olan məlumatlarla bağlığı apardığı araşdırmadır. Mafiya üzvləri övladlığa götürmə adı ilə azyaşlıların orqanlarını satışa çıxarırlar. “Bir çox hallarda uşaqların övladlığa götürlməsinin səbəbi məhz bununla bağlıdır” deyən baş nazirin birinci müavininə Paşinyanın cavabı belə olub: “Szin sözlərinizdən sonra mənim qan təzyiqim qalxdı.”

Paşinyanın əsəbi olduğunu görən Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan isə bəyan edib ki, erməni uşaqlarının “orqan mafiyası” tərəfindən övladlığa götürülərək xarici ölkələrə aparılması həqiqətə uyğun deyil. Ölkənin baş prokuroru da vəziyyətə tam nəzarət etdiyini əlavə edib.

 

Reaksiya.az

Şərhlər