Lavrov: Çoxqütblü dünya yaranıb, ABŞ başa düşməlidir

16.01.2019 13:59     Dünyadan reaksiya     657

Rusiya sərhədləri yaxınlığında NATO-nun hərbi aktivliyinə reaksiya verəcək.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, ABŞ öz iradəsini beynəlxalq ictimaiyyətə güc yolu ilə sırımağa çalışır:

“Dünyadakı situasiya çətin olaraq qalır. Keçən il konflikt potensialı artıb. Buna əsas səbəb ABŞ-ın rəhbərlik etdiyi bir sıra Qərb ölkələrinin formalaşan çoxqütblü dünya reallığını qəbul etməməsidir”.

Reaksiya.az

Şərhlər