Ərdoğanla Trampın mühüm razılığı – Ağ Ev açıqladı

21.01.2019 13:30     Dünyadan reaksiya     716

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasındakı telefon danışığında Suriyanın şimal-şərqində 2 ölkənin də təhlükəsizliklə bağlı qayğılarını aradan qaldıracaq həll yollarının axtarılması ilə bağlı razılıq əldə olunub.

Bu barədə Ağ Ev sözçüsü Sara Sanders açıqlama verib.

Açıqlamada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Menbiçdə baş verən partlayış nəticəsində həlak olan ABŞ vətəndaşları ilə bağlı Donald Trampa başsağlığı verdiyi də qeyd olunub.

“Prezident Tramp Suriyada qalan terror ünsürlərinin məğlub edilməsinin vacibliyini vurğulayıb. İki lider ABŞ və Türkiyə arasındakı ticarət münasibətlərinin genişləndirilməsinin iki ölkənin də mənafeyinə xidmət etməsi barədə müzakirələr aparıb”, - açıqlamada deyilib.

Qeyd edək ki, bundan öncə Türkiyə mediası liderlər arasında telefon danışığı zamanı Ərdoğanın Menbiçdə təhlükəsizliyi təmin etməyə hazır olduqlarını bildirdiyini qeyd etmişdi.

Reaksiya.az

Şərhlər