Pompeodan şok paylaşım: Bölünmüş Türkiyə

06.02.2019 12:20     Dünyadan reaksiya     822

ABŞ Dövlət katibi Mayk Pompeonun Tvitter hesabında etdiyi paylaşım Türkiyədə qəzəblə qarşılanıb.

Pompeo Tvitter hesabında Venesuelada Xuan Quaidonun hakimiyyətini tanıyan ölkələrin xəritəsini paylaşıb. Xəritədə Quaidonu prezident kimi tanıyan ölkələr göy, digərləri isə rəngsiz göstərilib.Bu barədə “Yeni Akit” yazıb.

Lakin xəritəyə diqqətlə baxdıqda nəzərə çarpan bir məqam Türkiyə mətbuatının diqqətindən qaçmayıb. Belə ki, xəritədə Türkiyə ərazisi ikiyə bölünmüş şəkildə göstərilib.

Reaksiya.az

Şərhlər