Nikol “Bolton planı”ndan imtina edir - Bakı hücum edəcək

06.02.2019 14:21     Dünyadan reaksiya     821

Paşinyan Düşənbə danışıqlarından bu yana Qarabağın həlliylə bağlı zamanı uzatmağa çalışıb.

Bu iddia ilə Daşnaksütyun Partiyasının rəsmi yayım orqanlarından biri olan “Yekramas” portalı çıxış edib. Sayt Paşinyanın “sülh qarşılığında torpaq” formulunu özündə əks etdirən “Bolton planı”nı reallaşdırmağa, yəni real güzəştlərə hazır olmadığını bildirib:

“Aydındır ki, proses dönəmində Paşinyan “Bolton planı”nın reallaşdırılması zamanı hakimiyyətini birinci prezident Levon Ter-Petrosyan kimi itirmək təhlükəsi hiss edib. Ona görə də Paşinyan geriyə çəkilərək, danışıqları dalana dirəyib. Baş nazirin problemlə bağlı dəqiq görüntüyə sahib olmaması sayəsində Ermənistan tükdən asılı vəziyyətə düşüb. Bizim Rusiya ilə münasibətlərimiz gərgindir, açıq şəkildə konfliktin hərbi həlli olduğunu bəyan edən məyus olmuş Azərbaycan və özünü aldadılmış hiss edən, planı sona qədər icra edilməyən ABŞ var. Paşinyanın son zamanlar apardığı siyasət böyük optimizm yaratmır. Belə ki, artıq Paşinyanın incə oyun aparıb hakimiyyətdə qalmaqla bərabər, dövləti hərbi konfliktə cəlb etməyəcəyi inandırcı görünmür”.(axar)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar