Minskdən ABŞ-a şok təklif: NATO Belarusa gəlir?

07.02.2019 12:32     Dünyadan reaksiya     745

Belarus Xarici İşlər Nazirliyi NATO-ya ölkədə təlim keçirməyi, eləcə də burada ABŞ mütəxəssislərinin yerləşdirilməsini təklif edib.

Axar.az xəbər verir ki, bu məlumatı “Lenta.ru” saytı yayıb. Məlumata görə, Lukaşenko artıq Rusiyadan yorulub və ABŞ-ın simasında yeni dostlar axtarır:

“Rusiya-Belarus münasibətləri son zamanlar normal qaydada deyil. Bir müddət əvvəl Vladimir Putinin iki ölkənin inteqrasiyanı dərinləşdirmək təklifi Minskdə böyük narahatlıqla qəbul olunub. Nəticədə Belarus dövləti sərhədlərinin gücləndirilməsi və yeni xarici siyasət perspektivlərinin axtarışları ilə məşğul olmağa başladı”.

Sayt həmçinin Belarusa ABŞ Dövlət Departamenti rəhbərinin Avrasiya işləri üzrə köməkçisi Miçel, ABŞ-ın aparıcı analitik mərkəzlərinin işçiləri Maykl Karpenter, eləcə də Ben Hocesin səfərinə diqqət yetirib.

“Belarus və ABŞ-ın əməkdaşlığı diplomatların və istefada olan hərbçilərin qısa səfərləri ilə məhdudlaşmır. Əksinə, bütün məhdudiyyətlərə rəğmən ABŞ sistemli şəkildə təkcə Belarus dövlətiylə yox, həm də cəmiyyəti ilə iş qurur”, - yazıda qeyd olunub.

Reaksiya.az

Şərhlər