ABŞ Ermənstan XİN başçısının səfərinə icazə vermədi

21.02.2019 12:41     Dünyadan reaksiya     883

Rəsmi Vaşinqton Ermənstanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın ABŞ-a səfərini təxirə salıb.

“Report” “Qraparak” qəzetinə istinadən xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər Nazirliyindən bildiriblər.

Buna səbəb olaraq, Ermənistanın Rusiya ilə birlikdə Suriyaya humanitar və hərbi yardım göndərməsi göstərilir.

Rəsmi Yerevan Suriyaya humanitar yardım göndərməsinə haqq qazandırmaq üçün müxtəlif əsaslar göstərsə də ABŞ Dövlət Departamenti hələlik bunları yetərli saymır. Məlumata görə, Z.Mnatsakanyanla ABŞ-ın dövlət katibi Maykl Pompeo arasında telefon danışığı olub, amma bu da vəziyyəti dəyişməyib.

Qəzet yazıb ki, Ermənistan tərəfi xarici işlər nazirinin Vaşinqtona səfərini və ABŞ rəsmiləri ilə görüşləri çoxdan gözləyir və buna hazırlığa xeyli vaxt sərf edibmiş.

Qeyd edək ki, fevralın 8-də Ermənistan 83 nəfərlik heyətlə Suriyaya humanitar yardım göndərib.

Reaksiya.az

Şərhlər