ABŞ Nümayəndələr palatası Trampın hakimiyyətdən sui-istifadə hallarını araşdırmağa başladı

04.03.2019 13:09     Dünyadan reaksiya     747

ABŞ Nümayəndələr palatası prezident Donald Tramp tərəfindən hakimiyyətdən sui-istifadə etmək, korrupsiya və ədalətin bərqərar olmasına əngəl törətmək kimi halların araşdırılması üçün Ağ Ev, Ədliyyə nazirliyi, və Amerika isteblişmentinin digər nümayəndələrinə 60 soğru göndərəib.

Musavat.com xarici mətbuata istinadən xəbər verr ki, bu barədə Nümayəndələr palatasının hüquq komitəsinin sədri Cerrold Nadler (Nyu-York ştatından olan demokrat deputat) ABC kanalına verdiyi müsahibədə bildirib.

“Biz sabah (bu gün) Ağ Ev və ABŞ Ədliyyə nazirliyini təmsil edən, habelə kiçik Donald Trampa, o cümlədən “Trump Organization” tikinti şirkətinin maliyyə direktoru Allen Vaysselberqə 60-dan sorğu göndərərək, prezidentin hakimiyyətdə olduğu vaxt qeyri-qanuni əməllərini araşdırmağa çalışacağıq”,-deyə o bildirib.

Aparıcının ona “Trampın ədalətin bərqərar olmasına əngəl törətdiyi fikrində əminsinizmi” sualına Nadler qətiliklə müsbət cavab verib.

Bundan daha öncə isə eyni telekanal Nyu-Yorkun Manhetten rayon prokurorluğunun “Trump Organizationın” top-menecerlərini sorğu-suala çəkmək niyyətində olduğunu bildirmişdi.

Telekanalın verdiyi informasiyaya görə, prezident və onun ətrafı Nyu-York prokurorluğunun Trampın keçmiş vəkili Maykl Koenin fəaliyyəti ilə maraqlanmasına görə bərk əndişə içərisindədirlər.

Xəbər materialında Ağ Evin indiki sahibi hüquqi təhqiqatın ən çox biznesinə mənfi yöndən təsir göstərəcəyindən, habelə bu araşdırmanın xüsusi prokuror Robert Müllerin gəldiyi nəticələrdən daha ağır effekt törədəcəyindən ehtiyat etdiyi qeyd olunub.

Bundan başqa, Nyu-York ştatının cənub dairəsinin Korrupsiya ilə mübarizəya idarəsi prezidentin inauqurasiya komitəsi tərəfindən törədilən pozuntuların araşdırılmasına başlayıb. Prokurorluq andiçmə mərasimənə xərclənən pulları yoxlayacaq.

Reaksiya.az

Şərhlər