Xüsusi nümayəndə: "ABŞ qoşunlarını Əfqanıstandan çıxarmağa razılıq verib"

13.03.2019 15:12     Dünyadan reaksiya     803

"ABŞ qoşunlarını Əfqanıstandan çıxarmağa razılıq verib".

“Report” “Fergana.agency”yə istinadən bildirir ki, bunu ABŞ-ın Əfqanıstan məsələləri üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, ABŞ nümayəndələri ilə “Taliban” qruplaşmasının təmsilçiləri arasında Qətərin paytaxtı Dohada keçirilən 6 günlük danışıqların sonunda bu barədə razılıq əldə olunub.

Z.Xəlilzad qeyd edib ki, problemin dinc yolla tənzimlənməsi üçün 4 vacib məsələ həllinin tapmalı idi: “Əfqanıstandaxili dialoq, atəşkəs, “Taliban”ın başqa terrorçu təşkilatlarla əməkdaşlığını kəsməsi və ABŞ qoşunlarının çıxarılması. Bu ilin yanvarında keçirilən danışıqlarda biz 4 məsələnin müzakirəsi ilə bağlı razılıq əldə etmişdik. İndi isə biz layihənin iki bəndini razılaşdırdıq”.

O deyib ki, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılıması müddəti və terrorçuluğa qarşı mübarizə tədbirləri barədə rəsmi Vaşinqtonla taliblər arasında əlavə razılşam olacaq. Z.Xəlilzad bildirib ki, növbəti mərhələdə razılşmanın Vaşinqtonda müzakirəsi və başqa tərəfdarlarla məsləhətləşmə aparılacaq.

Görüşün nəticəsi barədə “Taliban” bildirib ki, iki məsələ üzrə yanvarda əldə edilən razılaşmanın Dohada daha geniş müzakirəsi aparılıb.

Əfqanıstan Milli Ordusu Baş Qərargahının yeni rəisi general-leytenant Bismillah Vəziri isə “Taliban” və İŞİD döyüşçülərinin əsir götürülməməsinə dair əmr verib: “Onları əsir götürüb, yedirtmək üçün xalqın artıq vəsaiti yoxdur”.

 
Reaksiya.az

 

Şərhlər