Ölənlərin sayı 40-a çatdı, baş nazir xalqa müraciət edir

15.03.2019 13:03     Dünyadan reaksiya     858

Yerli xəstəxanalar 40-50 yaralının gətiriləcəyini gözləyirlər

Yeni Zelandiyanın baş naziri Casinda Ardern hazırda Kraystçerç şəhərində yerləşən məscidlərə silahlı hücumla bağlı ölkənin yüksək rütbəli məmurları ilə brifinq keçirib, xalq müraciət edib.

Ardern xalq müraciətində qeyd edib ki, bu Yeni Zelandiyanın ən qara günlərindən biridir. Onun sözlərinə görə, ölkədə ən yüksək dərəcəli təhlükəsizlik rejimi elan edilib.

Baş nazirin sözlərinə görə, hadisədən sonra 4 nəfər ekstremist baxışlarına görə saxlanılıb, lakin onlardan heç biri polis nəzarətində olmayıb: “Bu aydındır ki, baş verənləri yalnız terror aktı kimi dəyərləndirmək olar. Bildiklərimiz deməyə imkan verir ki, bu çox yaxşı planlaşdırılmış aktdır. Şübhəli avtomobillərə yerləşdirilən iki partlayıcı qurğu aşkarlanıb və zərərsizləşdirilib".

Qeyd edək ki, Yeni Zelandiyanın Kraystçerç şəhərində yerləşən iki məsciddə atışma nəticəsində 40 nəfər ölüb. Hazırda xəstəxanada 48 nəfərin olduğu bildirilir.

Bu arada, hadisəni ultrasağçı Avstraliya vətəndaşının törətdiyi məlum olub. Onun Avstraliyanın Qrafton şəhərinin sakini Brenton Tarrant adlı şəxs olduğun bildirilir.

“New Zealand Herald” nəşri yazır ki, onun 28 yaşı var. Cinayətkar daha əvvəl öz məramları barədə danışdığı 37 səhifəlik “manifest” paylaşıb. 
Artıq “Twitter” sosial şəbəkəsi Brenton Tarrantın səhifəsini bağlayıb.

Reaksiya.az

Şərhlər