Haftar hücum etdi: Putin TŞ-ni təcili topladı

05.04.2019 14:13     Dünyadan reaksiya     743

Rusiya Prezidenti Vladimir Putin Rusiya Təhülkəsizlik Şurasının daimi üzvləriylə operativ iclas keçirəcək.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, görüşün Moskvada keçiriləcəyini və bir saat sonra başlayacağını bildirib.

Peskov Putinin Təhlükəsizlik Şurasının bir sıra üzvləri ilə ayrı-ayrılıqda da görüşəcəyini deyib.

Qeyd edək ki, bundan öncə Liviyada vəziyyət gərginləşib. Belə ki, Liviya ordusunun rəhbəri Xəlifə Haftar paytaxt Tripoliyə hücuma keçib. Haftar ölkənin birləşdirilməsi üçün bir müddət öncə Rusiyadan yardım istəmişdi.

 

 

Şərhlər